İsraillə heç bir diplomatik həll olmayacaq.
İnterpress.az xəbər verir ki, bunu Hizbullahın yeni baş katibi Naim Kassem Livanın Əl-Mənar telekanalında videomüraciət zamanı bildirib.
“Müharibə yalnız o zaman başa çatacaq ki, İsrail Livana təcavüzünü dayandırsın və yalnız bundan sonra biz Livan parlamentinin rəhbəri Nəbih Berrinin vasitəçiliyi ilə dolayı danışıqlara razılaşacağıq”, – Kassem deyib.
Trampın ABŞ prezident seçkilərindəki qələbəsini şərh edən Kassem qeyd edib: “Hizbullah Amerika seçkilərinə əsaslanaraq planlar qurmur. Onların bizim üçün heç bir dəyəri yoxdur”.
Kassemin çıxışından dərhal sonra Livandan atılan raketlərlə İsrail ərazisinin, o cümlədən ölkənin mərkəzinin kütləvi atəşə tutulması başlanıb.
Xuraman Etibarlı
İnterpress.az