Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi Ukrayna qoşunlarının Rusiya Federasiyasının Kursk vilayətindən çıxarılmasına hazırlaşır.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya məlumat verib. Xatırladaq ki, bu il avqustun əvvəlindən Rusiya-Ukrayna dövlət sərhədini keçən Ukrayna silahlı qüvvələrinin bölmələri Rusiya Federasiyasının Kursk vilayətinin bir rayonunu işğal edərək bir neçə yaşayış məntəqəsini ələ keçirib. Ukrayna tərəfinin məlumatına görə, avqustun ortalarında onlar artıq təxminən 1000 kvadrat kilometr əraziyə nəzarət ediblər.
Hərbi ekspertlərin fikrincə, həmin əməliyyatın məqsədi Rusiya silahlı qüvvələrinin diqqətini Şərqi-Ukrayna cəbhəsindən yayındırmaq, eləcə də Ukrayna hərbçilərinin mənəviyyatını və döyüş ruhunu yüksəltmək olub. Rusiya tərəfi də öz növbəsində həmin bölgədə antiterror əməliyyatına başlayıb və dinc əhalini təxliyə edib. Oktyabrın sonunda Rusiya tərəfi əks hücuma keçib və həmin ərazilər üzərində nəzarəti bərpa etməyə çalışır.
İnci