AZ

“İnfartk da oldum, xəstəxanada da yatdım, artıq heç nəyi vecimə almıram”-Ofeliya Sənani

“AZTV-nin sədri Rövşən Məmmədov məni və digər diktorları radio günü münasibəti ilə telekanala, doğma evimizə dəvət edib. Hər il bayramlarda onlardan xüsusi təbriklər görürəm. Görün neçə ildir pensiyadayam. Amma məni unutmurlar. Radioda verilişim var, hər həftə ora gedirəm, evdə oturmuram” Bunu Moderator.az-a açıqlamasında xalq artisti, diktor Ofeliya Sənani deyib. O daha sonra əlavə edib.
 
“Tamaşaçılar məni çox istəyir. Bunun sirri ondan ibarətdir ki, mən onlara ürəyim verirəm. Onları çox istəyirəm. Əsgərlərimizi, hərbçilərimizi isə xüsusi diqqətdə saxlamaq, onlara layiq olmaq lazımdır. Müharibə dönəmində hər bir xalqın üzvü kimi mən də əsgərlərimiz üçün pul da, qutularla siqaret də göndərmişəm. Düzdür, dövlətimiz onları hər şeylə təmin edirdi, amma bu da mənim vətəndaşlıq borcum idi. Ayaqyalın banka qaçıb pulu göndərmişəm. Biz çətin dövrlər keçmişik, camaatda bir az nisgil var. Hər şeyi tez unutmamalıyıq” deyə o bildirib.
Xalq artisti səhhətindən də danışıb.
 
“Səhhətim o qədər də yaxşı deyil. Arada infarkt da keçirtdim, xəstəxanada da yatdım. Amma heç nəyi vecimə almıram. Həyatdır da. Enişləri də var, yoxuşları da” deyə bildirib.
 
Ofeliya Sənani bəyənmədiyi nüansları da vurğulayıb.
 
“Gənc aparıcılar, müxbirlər, jurnalistlər ləhcə ilə danışırlar. Bunu qətiyyən sevmirəm. Nəinki mən, efir də ləhcə ilə danışanları sevmir. Onda gərək biri Qarabağ, biri Lənkəran, biri Şəki ləhcəsində danışsın. Bu biyabırçılıq olar” deyə Ofeliya Sənani bildirib.
Seçilən
65
moderator.az

1Mənbələr