AZ

“Bu, müharibə deyil, soyqırımdır"

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albaneze (Francesca Albanese) İsrailin qəzzalıları zorla ac və susuzlaşdıraraq humanitar fəlakətə sürüklədiyi hücumların “müharibə deyil, soyqırım" olduğunu bildirib.

SİA-nın məlumatına görə, F.Albanese “X” sosial media hesabında İsrailin 2024-cü ilin oktyabrında Qəzzaya gündə cəmi 30 TIR yardımının girməsinə icazə verdiyini BMT-nin bəyanatına istinadən yazaraq bildirib: “İsrail Qəzzada fələstinlilər üçün qeyri-insani həyat şəraiti yaratmaqla ən mürəkkəb və qəddar məhvetmə yolu seçib. Bunu “müharibə” adlandırmayın. Bu, bir soyqırımdır. Səbəblər bəhanədir və əhəmiyyətsizdir. Məhv etmək niyyəti aydındır. Digər dövlətlərin şərikliyi də aydındır.

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Baş komissarı Filip Lazzarini də noyabrın 4-də deyib ki, ötən ay Qəzzaya gündə ən azı 500 yük maşını göndərməsinə baxmayaraq, İsrail cəmi 30 yardım maşınına icazə verib. Əngəllənən yardım azlığı Qəzzada əksəriyyəti ac, xəstə və çıxılmaz vəziyyətdə olan 2 milyondan çox insanın ehtiyaclarını qarşılaya bilməyəcək”.

Qəzza hökumətinin Media Ofisindən noyabrın 5-də verilən məlumata görə, İsrail ordusu dinc insanlara qarşı aclıq və susuzlaşdırma silahından istifadə edir. Yardım ləvazimat yüklü 3800 TIR-ın Qəzza zolağının şimalına girməsinə mane olan İsrail 100 mindən çoxu uşaq olmaqla 400 minə yaxın adamı qəsdən aclığa məruz qoyur.

Seçilən
2
1
sia.az

2Mənbələr