AZ

"Sabah" Yunanıstanda da məğlub oldu

“Sabah” basketbol klubu bu gün növbəti avrokubok matçına çıxıb.

Apasport.az xəbər verir ki, son ölkə çempionu FİBA Avropa kubokunun V turu çərçivəsində Yunanıstanda “Marussi”nin qonağı olub.

Rimas Kurtinaytisin yetirmələri fasiləyə üstün yollansa da, 3-cü periodda yunanlar önə keçməyi bacarıblar. Bununla da, "Sabah" növbəti matçında da uduzub.

Qeyd edək ki, G qrupunun digər oyununda “Spirou” “Nörçöppinq”i sınağa çəkəcək.

FİBA Avropa kuboku

G qrupu, V tur

6 noyabr

22:15. “Marussi” (Yunanıstan) - “Sabah” - 82:71 (12:15, 19:22, 31:16, 20:18)

Hakimlər: Marek Kukelçik (Slovakiya), Nemanya Ninkoviç (Serbiya), Mladen Luçiç (Montoneqro)

Marussi Saint Tomas Sarayı

Bu gün Azərbaycan Kubokunda qaliblər bəlli olacaq

“Sumqayıt”ın baş məşqçisi: “Xarakter nümayiş etdirmək lazımdır”

"Şəki"dən inamlı qələbə

ABL: III tura yekun vurulur

“Şəki”də yeni basketbolçu

Seçilən
25
apasport.az

1Mənbələr