Kamala Harrisdən sonra Co Bayden də Donald Trampa zəng edərək onu ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd olunub ki, Bayden telefon danışığında hakimiyyətin Trampa rahat ötürüləcəyinə söz verib.
Bundan başqa Bayden Trampı Ağ Evdə görüşə dəvət edib.
Məlumatda o da vurğulanıb ki, ABŞ Prezidenti seçkilərin nəticələri və hakimiyyətin keçidi ilə bağlı cümə axşamı xalqa müraciət edəcək.