AZ

Poroşenko Zelenski və Trampı beş “qırmızı xətt”ə əməl etməyə çağırıb

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko Ukraynanın hazırkı lideri Vladimir Zelenski və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı beş “qırmızı xətt”ə hörmət etməyə çağırıb...

Poliqon xəbər verir ki, Ukraynanın sabiq prezidenti bu barədə sosial şəbəkədə yazıb.

“Mən tək Ukraynanın deyil, bütün azad dünyanın malik olduğu qırmızı xətlərdə israr edirəm”, deyə Ukraynanın eks-prezidenti postunda vurğulayıb.

Poroşenkonun sözlərinə görə, Kiyev ərazi məsələlərində və Rusiyaya qarşı sanksiyaların ləğvində güzəştə getməməlidir.

Sabiq prezident həmçinin Ukrayna Silahlı Qüvvələrinin məhdudlaşdırılması ilə razılaşmamağa, həmçinin Trampı Ukraynanın NATO-ya daxil olmasının zəruriliyinə inandırmağa çağırıb.

Ukrayna mediası qeyd edir ki, Poroşenko faktiki olaraq ölkənin qalan hissəsinin indiki formada dövlətçiliyinin qorunub saxlanılması, habelə Şimali Atlantika Alyansına qoşulmaq perspektivi ilə təmas xətti boyunca münaqişəyə son qoymağa çağırış edib. Lakin Poroşenko Rusiyaya birləşdirilən ərazilərin hüquqi statusunu tanımaqdan imtina etməyi vacib hesab edir.

Poliqon.info

Seçilən
45
50
poliqon.info

10Mənbələr