AZ

Almaniyada hökumət koalisiyası dağılıb

Almaniyada

Almaniya kansleri Olaf Şolts hökumət koalisiyasına daxil olan Azad Demokratlar Partiyasının lideri, maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad edib.

Reyting.az
“Spiegel”ə istinadla bildirir ki, koalisiyada “Azad Demokratlar” olmadan Bundestaqda çoxluq yaranmır.

Şoltsun lideri olduğu Sosial Demokrat Partiyasının (APD) daxili sənədi Almaniyada hakim koalisiyanın işinin tamamlandığını göstərir. Sənədin mətni “Bild”in əlinə keçib.

“Federal kansler Olaf Şolts ölkə üçün strateji qərar qəbul etdi. FDP (Azad Demokratik Partiya) hökuməti tərk etdi”, - mətndə deyilir.

Şolts yanvarın 15-də keçiriləcək Bundestaqda səsvermədə özünə inam məsələsini də qaldıracaq. Bu barədə Almaniya kansleri koalisiya komitəsinin iclasından sonrakı çıxışında bildirib. Həmin gün Şolts maliyyə nazirliyinin rəhbəri vəzifəsindən azad edilmiş liberalların səsi olmasa, o, belə bir etimadı qazana bilməyəcək. Bu isə Bundestaqın tezliklə buraxılması deməkdir.

KİV-lər yazır ki, Almaniyada erkən seçkilər gələn ilin martında baş tuta bilər.

“Bizə işləyən bir hökumət lazımdır”,- Şolts müraciətində deyib və ölkəyə zərərin qarşısını aldığını vurğulayıb.

Şolts çıxışının çox hissəsini Lindnerin tənqidinə həsr edərək, onun etibarını çox tez sarsıtdığını söyləyib. Kanslerin fikrincə, Lindner ümumi mənafeyə deyil, “müştərilərinə və partiyasına” xidmət edir.

Qeyd edilir ki, 2025-ci il büdcəsi və Almaniya iqtisadiyyatının yaxşılaşdırılması tədbirləri “svetofor” koalisiyası daxilində kəskin münaqişənin tətikçisi olub. Çərşənbə günü, noyabrın 6-da onun liderləri ölkədə iqtisadi islahatların aparılması ilə bağlı kompromis əldə etmək üçün bir araya gəliblər.

Azad Demokratlar Partiyasının sədri və Almaniyanın maliyyə naziri K. Lindner koalisiya tərəfdaşlarının 2025-ci ilin əvvəlində ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə razılıq vermələrini təklif edib. Belə olan halda o, 2024-cü il üçün Almaniyanın əlavə büdcəsini qəbul etməyə hazır olacaq və parlament seçkiləri keçirilənə və Almaniyanın yeni federal hökuməti formalaşana qədər keçid kabinetinin tərkibində qalacaqdı. Buna cavab olaraq kansler Şolts Lindnerin işdən çıxarıldığını elan edib.

ELÇİN
Seçilən
16
5
reyting.az

6Mənbələr