SEMA avtomobil sərgisi çərçivəsində ABŞ-nin "Ringbrothers" şirkəti 1987-ci ildə istehsal olunmuş "Buick Regal Grand National" avtomobilini təqdim edib.
Avtosfer.az championat.com-a istinadən xəbər verir ki, avtomobil standart tənzimləmələrlə 1 246 at gücü hasil edən 3,8 litrlik tvin-turbo V6 mühərriki ilə təchiz edilib. Lakin onun parametrlərini dəyişdirməklə qüvvəsini 2 000 at gücünə çatdırmaq mümkündür.
Qeyd olunur ki, bu avtomobil üçün mühərrik "Duttweiler Performance" tərəfindən yaradılıb.
Avtomobil "Penske" amortizatorları ilə xüsusi "Roadster Shop" şassisi üzərində qurulub. Avtomobildə "C6 Corvette ZR1"dən karbon-keramik əyləclər və arxada kiçik spoyler, həmçinin "Michelin Pilot Sport Cup 2" şinləri quraşdırılıb.
(oxu.az)