AZ

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyaya məxsus Bonin adalarının sahilində 5,8 maqnitudalı zəlzələ olub.

OXU24.COM  xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Bakı vaxtı ilə 02:55-də qeydə alınmış zəlzələnin episentri Hahajima adasından 151 km cənub-şərqdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Seçilən
1
8
oxu24.com

9Mənbələr