AZ

Yer təkindən istifadə üzrə hərrac elan edildi

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təşkilatçılığı ilə yer təkindən istifadə üzrə növbəti hərrac elan edilir. Belə ki, 19 dekabr 2024-cü il, saat 11:00-da, Bakı şəhəri Əmlak Xidmətləri Məkanında hərrac keçiriləcək.

"Unikal" xəbər verir ki, Xocalı rayonunun inzibati ərazisində yerləşən “Ağçay” üzlük daşı yatağı auskion formasında hərraca çıxarılacaq. Yatağın istismar müddəti 6 aydır. İştirak etmək istəyən fiziki və hüquqi şəxslər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31A. Xatırladaq ki, hərraca 5 iş günü qalmış sənəd qəbulu başa çatır.

 

Seçilən
8
26
unikal.az

10Mənbələr