AZ

Parisdə "Divani-Lüğat-ət-Türk" əsərinə həsr olunmuş elmi konfrans keçiriləcək

Fransanın paytaxtı Parisdə, UNESCO-nun mərkəzi qərargahında Mahmud Kaşqarinin "Divani-Lüğat-ət-Türk" əsərinə həsr olunmuş elmi konfrans keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova məlumat verib.

O xatırladıb ki, UNESCO 2024-2025-ci illəri türk tarixinin əsas əsərlərindən biri olan Mahmud Kaşqarinin "Divani-Lüğat-ət-Türk" əsərinə həsr edib:

"Bu təşəbbüsə dəstək olaraq, 2025-ci il ərzində Türk dünyası ölkələrində təqdim olunacaq beynəlxalq sərgilər təşkil edəcəyik. Həm də ilin sonuna qədər Parisdə UNESCO qərargahında bu mühüm işə həsr olunmuş elmi konfrans keçirməyi planlaşdırırıq".

Seçilən
15
ikisahil.az

1Mənbələr