Noyabrın 7-də "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər ediblər.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, dini liderlərin səfəri Füzuli rayonundan başlayıb.
Qeyd edək ki, noyabrın 5-6-da keçirilən Dini liderlərin qlobal Bakı Sammitində, 55 ölkəni, 30 beynəlxalq təşkilatı, aparıcı KİV-ləri təmsil edən 220-dən çox qonaq iştirak edir.
"Cebheinfo.az"