“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Senzor.az bildirir ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Norveçdə “Budyo-Qlimt”in qonağı olacaq.
“Aspmüra” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Görüşü portuqaliyalı FIFA referisi Luiş Qodinyo idarə edəcək.
Ağdam klubu bundan əvvəl keçirdiyi oyunlarda İngiltərədə “Tottenhem”ə, Bakıda Niderlandın “Ayaks” komandasına (hər ikisinə 0:3) və İsveçin “Malmö” kollektivinə (1:2) uduzub.