AZ

UNUN QİYMƏTİNDƏKİ ARTIM ÇÖRƏYƏ TƏSİR EDƏCƏK? - Ekspert dəyərləndirməsi

Məlum olduğu kimi, Azərbaycanda unun topdansatış qiyməti bahalaşıb.

Bu barədə ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, noyabrın 4-dən etibarən istehsalçılar unun qiymətini 70 qəpik artırıblar. Ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 25,95-28,20 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 25,30-27,50 manat təşkil edirdi. Hazırda ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “SKY AGRO” MMC (25,95 manat), ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28.20 manat).

Bəs maraqlıdır, sözügedən qiymət artımı nə ilə bağlıdır və bunun çörəyin dəyərinə hansısa təsiri ola bilərmi?

Bu barədə iqtisadçı Natiq Cəfərli “AzPolitika”-ya şərhində bildirib ki, unun qiymətinin artmasının əsas səbəbi dünya bazarındakı prosseslərlə bağlıdır.

Seçilən
19
azpolitika.info

1Mənbələr