AZ

İran səfiri yenə Ermənistana dəstək verdi

“Tehran regionda nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, lakin Ermənistanın suverenliyini və ərazi bütövlüyünü nəzərə alır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani “Ermənistan-İran: əməkdaşlıq prosesi və yeni perspektivlər” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, İranın “Zəngəzur dəhlizi” ilə bağlı mövqeyi aydındır: Tehran istənilən geosiyasi dəyişikliklərə və dəhliz məntiqinə qarşıdır.

“İranla Ermənistan arasında münasibətlərin möhkəm təməli var: biz əsrlər boyu yan-yana yaşayan və mehriban əlaqələri olan qonşularıq. Mən heç kimin iki ölkənin maraqlarına zidd addımlar ata biləcəyini düşünmürəm”, - deyə Sobhani bildirib.

O, həmçinin vurğulayıb ki, əvvəllər İran və Ermənistan arasında ikitərəfli münasibətlər də xarici amillərin təsiri olmadan inkişaf edib.

phrase_var_article.chosen
106
50
bakivaxti.az

10phrase_var_article.sources