AZ

“Rafael” Kubanı pis “vurdu”

Oktyabrın 18-də Kubada "Antonio Giteras" Elektrik Stansiyasında baş verən qəza səbəbindən 10 milyon insan elektrik enerjisiz qalıb.

"Cebheinfo.az" xəbər verir ki, oktyabrın 20-də "Oskar" tropik qasırğası səbəbindən uzun müddət işıqsız qalan Kubanı bu dəfə "Rafael" qasırğası “vurub”.

3-cü kateqoriya səviyyəsinə yüksələn “Rafael” qasırğası 10 milyon əhalisi olan Karib adasını vurub. 

Hakimiyyət orqanları qasırğa ilə əlaqədar əhalini daşqınlarla bağlı xəbərdar edib, ölkənin 15 rayonundan 9-da həyəcan təbili çalılıb. 

Artemisa bölgəsində fırtınadan ən çox zərər çəkən Candalaria qəsəbəsində güclü külək nəticəsində ağaclar aşıb.

Artemisa və Pınar del Rio əyalətlərində 70 mindən çox insan evlərindən təxliyə edilib, təxminən 2 milyon əhalisi olan paytaxt Havanada küçələr boş qalıb və nəqliyyat xidmətləri dayanıb.

Kuba Prezidenti Migel Dias-Kanel sosial media hesabından verdiyi açıqlamada ordunun da hərəkətə keçdiyini bildirib:

"Qasırğa ilə mübarizə üçün Milli Müdafiə Şurasına tapşırıq verdik. İnsanlarımızı və maddi imkanlarımızı qorumaq üçün hər yerdə tədbirlər görülüb. İnqilabdan bəri həmişə etdiyimiz kimi bu vəziyyətdən də çıxacağıq".

“Oskar” tropik fırtınasından təxminən 3 həftə sonra “Rafael” qasırğasından təsirlənən ölkədə son bir ayda ikinci dəfə elektrik kəsilməsi yaşanıb. 

Güclü külək nəticəsində ölkədə elektrik şəbəkəsinin dağılması nəticəsində ölkə üzrə təxminən 10 milyon insan işıqsız qalıb.

Səlahiyyətlilər infrastrukturun təmiri üçün səylərini sürətləndirib. Milli enerji şirkəti “Union Electrica” sosial media hesabında sistemin güclü külək səbəbiylə çökdüyünü bildirib.

Seçilən
46
cebheinfo.az

1Mənbələr