AZ

“Neftçi” “Şamaxı” ilə oyuna 7 itki ilə çıxacaq

“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində qarşılaşacağı “Şamaxı” ilə matçın hazırlığını başa vurub.

Arena.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

Komanda “Şamaxı” ilə matça ciddi itkilərlə çıxacaq. Mustafa Sek, Azər Salahlı, Alfa Konte, Andre Şinyaşiki və Filip Ozobiç zədə səbəbindən, Emil Səfərov isə cəzalı olduğu üçün sabah meydana çıxa bilməyəcəklər. Rəhman Hacıyevin oynaması isə sual altındadır.

Noyabrın 8-də “Neftçi Arena”da baş tutacaq bu matça saat 15:00-da start veriləcək.

Xatırladaq ki, “ağ-qaralar” Premyer Liqanın cari mövsümündə keçirdikləri 12 oyunda cəmi 9 xal toplayıblar və 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıblar. “Şamaxı” isə 11 oyuna topladığı 12 xala 7-cidir.

Seçilən
16
8
arena.az

9Mənbələr