Türkiyənin Ordu şəhərində 74 il evli olan cütlük 14 saat fərqlə dünyasını dəyişib.
Ölkə.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, noyabrın 5-i səhər saatlarında 92 yaşlı Ayşə Təkə evində dünyasını dəyişib. Ayşə Təkənin həyat yoldaşı, 95 yaşlı Vəli Təkə də, 14 saat sonra xəstəxanada dünyasını dəyişib.
4 övladı olan cütlük rayon qəbiristanlığında birlikdə dəfn edilib.(Milli.Az)