AZ

Dünya Dini Liderləri Sammitinin iştirakçıları Qarabağa səfər edib

Bu gün Dünya Dini Liderlərinin Qlobal Sammitinin iştirakçıları Qarabağa səfər ediblər.

Qonaqları Füzuli Hava Limanında Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.

Sammitin iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. E.Seyidov qonaqlara işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verib.

Səfər çərçivəsində müxtəlif ölkələrin din və hökumət nümayəndələri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminə məruz qalmış dağıntılarla, eyni zamanda, bərpa-quruculuq işləri ilə tanış olublar, dini ibadət evlərini ziyarət ediblər.

Əvvəlcə, Ağdama yollanan qonaqlar Şəhidlər xiyabanını ziyarət ediblər, Birinci və İkinci Qarabağ müharibəsi qurbanlarının ruhlarına “Qurani-Kərim”dən müxtəlif surələr tilavət ediblər. Daha sonra Ağdam Cümə məscidində Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın imamlığı ilə camaat namazı qılınıb.

Sammit iştirakçıları Xankəndiyə də səfər ediblər, “Zəfər” meydanında xatirə şəkli çəkilib.

Səfər çərçivəsində Şuşaya yollanan heyət Cıdır düzündə olub. Qonaqlar Bülbülün, Natəvanın və Üzeyir bəyin ermənilər tərəfindən güllələnmiş büstlərini, ardınca Şuşa qalasını ziyarət ediblər.

Səfər Yuxarı Gövhər ağa məscidində din xadimlərinin camaat namazı qılması ilə yekunlaşıb.

Seçilən
4
1
azpost.info

2Mənbələr