Almaniya prezidenti Frank-Valter Ştaynmayer iki naziri vəzifələrindən azad edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.
Almaniya dövlət başçısı ədliyyə naziri Marko Buşman, təhsil və tədqiqat naziri Bettina Stark-Vatzingeri vəzifələrindən kənarlaşdırıb.
Bildirilir ki, alman deputatlar kansler Olaf Şoltsa etimad göstərməkdən imtina edərsə, ölkədə növbədənkənar parlament seçkiləri keçirilə bilər.
Xatırladaq ki, ötən gün Almaniyanın maliyyə naziri Kristian Lindner də vəzifəsindən uzaqlaşdırmışdı.