AZ

Lənkəranın Türk dünyasının gənclər paytaxtı elan edilməsinin əhəmiyyəti

“Lənkəran şəhəri “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan edilməsi o deməkdir ki, bu şəhər həm Azərbaycan, həm də türk dünyası mədəniyyətinə çox böyük töhfələr verir və verəcək”. 

Bu fikri Hit.az-a kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, türk dünyası deyəndə tək türk dilli Orta Asiya ölkələri, Şimali Kipr nəzərdə tutulmur:

 “Borçalı elində, Qərbi Azərbaycanda, Suriya, Əfqanıstan,  hətta Hindistanda da belə yaşayan moğol türkləri var. Elan edilən günlər, mədəniyyət paytaxtları ölkənin kreativ mədəniyyətinin inkişafına səbəb olur. Məlumdur ki, Azərbaycan turizmi son illər sürətlə inkişaf edir. Lənkəran şəhəri “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan edilməsi ölkə iqtisadiyyatının, turizminin inkişafına səbəb olacaq”.

Sevinc

Seçilən
46
hit.az

1Mənbələr