AZ

Azİİ məzunu olan Qvineya-Bisau Respublikasının naziri ADNSU-nu ziyarət edib

Noyabrın 7-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Qvineya-Bisau Respublikasının Ətraf Mühit, Biomüxtəliflik və İqlim Fəaliyyəti naziri Viriato Luis Soares Cassama Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
 
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov Azİİ-nin (ADNSU) fəxri məzunlarından olan Viriato Luis Soares Cassamanı universitetdə görməkdən məmnun olduğunu bildirb. Qonağa ADNSU-da mövcud təhsil və tədris prosesi, elmi nailiyyətlər haqqında məluma verən dosent Vazeh Əskərov Azİİ məzunlarının dünyanın çoxsaylı ölkəsində, eyni zamanda Azərabaycanda mühüm uğurlara imza atdıqlarını deyib. O, qonağın diqqətinə çatıdırb ki, Azİİ məzunlarımızın doğma universiteti ziyarət etməsi bizi çox sevndirir. 
 
 Qonaqlar əvvəlcə universitetin maddi-texniki bazası ilə tanış olub, Azİİ e-Kitab Evində, Mineralogiya muzeyində olublar, kimya laboratoriyalarını gəzib, akademik Azad Mirzəcanzadənin adını daşıyan auditoriyanı ziyarət ediblər.   
 
İllər sonra məzunu olduğu doğma ali təhsil ocağında olmaqdan məmnunluğunu bildirən nazir Azərbaycan universitetlərinin COP29 çərçivəsində keçirilən tədbilərə və ümumilikdə Cop29-da iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm töhfə verə biləcəyinə inandığını deyib. 
 
Qeyd edək ki, Viriato Luis Soares Cassama 1989-1992-ci illərdə Azİİ-də Kimya fakültəsində təhsil alıb. 
 
Seçilən
85
2
moderator.az

4Mənbələr