UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda ikinci hissə başlayıb. Manset.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda davam edən matçda hesab bərabərdir- 1:1. Qarşılaşmada hesabı Ağdam təmsilçisinin heyətində 22-ci dəqiqədə Toral Bayramov açıb. 41-ci dəqiqədə isə Patrik Berq bərabərlik qolunun müəllifi olub. 22:15 UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda hesab açılıb. Manset.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi hesabı açıb. 21-ci dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə adını tabloya yazdırıb. 21:53 UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyunu start götürüb. Manset.az xəbər verir ki, qarşılaşma Bude şəhərindəki "Aspmira" stadionunda keçirilir. Matçı portuqaliyalı baş hakim Luiş Qodinyu idarə edir. 20:51 UEFA Avropa Liqasının əsas mərhələsinin IV turu çərçivəsində bu gün Norveçdə üz-üzə gələcək “Budyo-Qlimt” və "Qarabağ" komandalarının start heyətləri bəlli olub. Manset.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar: “Budyo-Qlimt”: Nikita Haikin, Villads Nilsen, Fredrik Şyövold, Odin Byörtuft, Fredrik Byörkan, Patrik Berq, Xokon Evyen, Ulrik Saltnes, Yens Petter Hauq, Auqust Mikkelsen, Filip Sinkernagel Baş məşqçi: Hyetil Knutsen “Qarabağ”: Mateuş Koxalski, Bədavi Hüseynov, Kevin Medina, Abbas Hüseynov, Patrik Andrade, Marko Yankoviç, Yassin Benzia, Abdullah Zubir, Emanuel Addai, Aleksey Kaşuk, Olavio Juninyo. Baş məşqçi: Qurban Qurbanov. Qeyd edək ki, “Aspmüra” stadionunda keçiriləcək “Budyo-Qlimt” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.