AZ

UEFA Avropa Liqası: “Qarabağ” ilk qələbəsini qazanıb

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb.

İnterpress.az xəbər verir ki, Ağdam təmsilçisi IV turun oyununda Norveçin “Budyo Qlimt” kollektivini 2:1 hesabı ilə üstələyib.

Bude şəhərindəki “Aspmira” stadionunda baş tutan görüşdə hesabı təmsilçimiz açıb. 23-cü dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə diqqət mərkəzinə düşüb. Bununla belə, meydan sahibləri fasiləyə qədər “status-kvo”nu bərpa ediblər. 41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub. “Köhlən atlar”ın qələbə qoluna isə Abdullah Zubir imza atıb. 59-cu dəqiqədə rəqib torunu silkələyən futbolçu “Qarabağ”a cari mövsüm Avropa Liqasında ilk qələbəni qazandırıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi “Lion”a qarşı keçirəcək.

Seçilən
4
18
interpress.az

10Mənbələr