AZ

Toyota-nın xalis mənfəəti 26,4 faiz azalıb

Toyota-nın açıqlamasına görə, 2024-cü ilin aprel-sentyabr dövründə şirkətin xalis mənfəəti əvvəlki maliyyə ilinin eyni dövrü ilə müqayisədə 26,4 faiz azalaraq 1,91 trilyon yen və ya 12,4 milyard dollara düşüb.

Marja xəbər verir ki, Toyota-nın Baş Maliyyə Direktoru (CFO) Miyazaki Yoiçi sərmayələri artıracaqlarını qeyd edərək, daha əvvəl bu sahəyə ayrılan illik 750 milyard yen investisiyanın 830 milyard yenə yüksəldiləcəyini bildirib.

Toyota, 2025-ci ilin martında başa çatacaq 2024-cü maliyyə ili üçün xalis mənfəət və satış gəliri gözləntilərini açıqlayıb.Müvafiq olaraq, satış həcminin əvvəlki maliyyə ili ilə müqayisədə 2% artaraq 46 trilyon yenə və ya 298,5 milyard dollara çatacağı gözlənilir.

Şirkətin tam maliyyə ilində xalis mənfəətinin 27,8 faiz azalaraq 3,57 trilyon yen və ya 23,1 milyard dollar olacağı təxmin edilir.

Seçilən
1
1
marja.az

2Mənbələr