AZ

“Qarabağ”dan Zəfər Günü qələbəsi - Yenilənib+Fotolar

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində IV tur matçına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu səfərdə Norveç təmsilçisi “Bodo Qlimt” ilə qarşılaşacaq. 

“Aspmira” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. 

Matçı Portuqaliyadan olan hakimlər idarə edəcəklər. 

Avropa Liqası, Liqa mərhələsi, IV tur

21:45. “Bodo Qlimt” (Norveç)  -  “Qarabağ” (Azərbaycan)

Hakimlər: Luiş Qodinyu, Ruy Teyşeyra, Pedro Almeida, Andre Narsişu (Portuqaliya)

Xatırladaq ki, Qurban Qurbanovun komandası 1-ci turda “Tottenhem”ə (0:3), 2-ci turda “Malmö”yə (1:2), 3-cü turda isə “Ayaks”a (0:3) məğlub olub. 

***

Komandaların start heyətləri açıqlanıb.

“Qarabağ”: Mateuş Koxalski, Abbas Hüseynov, Kevin Medina, Bədavi Hüseynov (k), Toral Bayramov, Yankoviç, Patrik Andrade, Kaşuk, Zubir, Addai, Olaviyo Juninyo

Ehtiyat heyət: Sadiq Məmmədzadə, Buntiç, Mateua Silva, Benzia, Bəhlul Mustafazadə, Leandro Andrade, Riçard Almeyda, Musa Qurbanlı, Aleksey İsayev, Marko Veşoviç, Nəriman Axundzadə

“Bodo Qlimt”: Haykin, Şevold, Nilsen, Byortuft, Byorkan, Evyen, Berq (k), Saltnes, Zinkernaqel, Mikkelsen, Xeyre

Ehtiyat heyət: Brennbo, Vembanqomo, Qunnersen, Euklenn, Espeyor, Brustad-Fed, Helmersen, Myattya, Serli, Tomiç, Serensen, Juqel

***

Matç başladı

***

21-ci dəqiqədə Toral Bayramov fantastik qolla hesabı açır.

***

Patrik Berq 41-ci dəqiqədə hesabı bərabərləşdirir. “Qarabağ” “Bodo Qlimt”- 1:1

***

Fasilə

***

İkinci hissə başladı.

***

68-ci dəqiqədə Zubir “Qarabağ”ı yenidən hesabda önə çıxarır.

***

Qarşılaşmanın 81-ci dəqiqəsində “Bodo Qlimt”in oyunçusu Filip Zinkernaqel oyundan kənar vəziyyətdə olduğu üçün meydan sahiblərinin qolu qeydə alınmır.

***

Matç bitdi. “Qarabağ” “Bodo Qlimt”i 2:1 hesabı ilə məğlub edərək, Avropa liqasında ilk qələbəsini qazandı.





phrase_var_article.chosen
115
15
qafqazinfo.az

10phrase_var_article.sources