AZ

Sidneydə qəfil peyda olan yüzlərlə qara kürənin sirri açıldı: Alimlər yeni bilinməzlik qarşısında

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Oktyabrın ortalarında Sidneyin şəhər çimərliklərində çoxlu qəribə qara kürələr peyda oldu. Tapıntılar sakinlərin təəccübünə və narahatlığına səbəb olmuşdu. Mütəxəssislər ilkin olaraq bunun neft sızması nəticəsində yarandığını güman edirdilər, ancaq alimlərin son tədqiqatı onların yanıldığını göstərib və cavabla bərabər yeni suallar yaradıb.
Oxu.Az-ın RBK-ya istinadla verdiyi məlumata görə, bu barədə Yeni Cənubi Uels Universitetinin alimləri bildiriblər.
Məlum olub ki, sirli yapışqan kürələr yüzlərlə komponentdən, o cümlədən mətbəx yağı molekulları, sabun tullantıları, nəcis və hətta marixuana, metamfetamin kimi narkotik maddələrdən ibarətdir.
"Analizlərimiz göstərdi ki, material açıq-aşkar antropogen mənşəlidir və birbaşa neft sızması ilə əlaqəli deyil", - deyə tədqiqatda bildirilib.
Alimlər güman edirlər ki, kürələrin yaranma mənbəyi kanalizasiya və digər şəhər axıntıları ola bilər.
Lakin Ətraf Mühitin Mühafizəsi İdarəsi ilə sıx əməkdaşlığa baxmayaraq, onların dəqiq mənşəyini müəyyən etmək mümkün olmayıb.
Xatırladaq ki, oktyabrda Sidneydəki Kuci çimərliyi sahilə atılmış yüzlərlə qara kürə aşkar edildikdən sonra bağlanmışdı. Əvvəlcə Rendvik şəhər şurası bunların neftin zibil və su ilə təmasından yaranan qatran kürələri olduğunu güman etmişdi. Lakin indiki kəşf bu versiyanı təkzib edib və sahil xəttinin ekoloji təhlükəsizliyi ilə bağlı yeni suallar yaradıb.
Seçilən
6
50
oxu.az

10Mənbələr