AZ

Trampın qələbəsi milyarderlərin sərvətinə 64 mld. dollar əlavə etdi

Fins.az - ABŞ prezident seçkilərində Donald Trampın qələbəsi nəticəsində dünyanın ən zəngin 10 şəxsi ümumilikdə 64 milyard dollar qazandı.

Bloomberg agentliyinin məlumatına görə, bu artım ABŞ şirkətlərinin səhmlərinin dəyərinin yüksəlməsi ilə bağlıdır.

Ən çox gəlir əldə edən şəxs İlon Mask olub – onun sərvəti 10,1% artaraq 290,3 milyard dollara çatıb. Amazon təsisçisi Ceff Bezos isə sərvətini 3,2% artırıb. Bu tendensiyadan Microsoft, Google və Berkshire Hathaway rəhbərləri də faydalanıb. Trampın qələbəsi bazarlarda vergilərin azaldılacağı və tənzimləmələrin yumşaldılacağı gözləntilərini artırıb.

Seçilən
45
50
fins.az

10Mənbələr