Futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 4-cü turunun ən yaxşı qoluna namizədlər bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
“Qarabağ”ın futbolçusu Toral Bayramovun Norveçdə “Bodo Qlimt”in qapısından keçirdiyi top da ən yaxşı adına namizədlər arasında yer alıb. O, təmsilçimizin 2:1 hesabı ilə qalib gəldiyi görüşün 22-ci dəqiqəsində hesabı açıb.
Toralın rəqibləri “Ayntraxt”dan Omar Marmuş, “Ludoqorets”dən Erik Markus və “Qalatasaray”dan Yunus Akgündür.
Qeyd edək ki, Avropa Liqasında Liqa mərhələsinin 4-cü turunun ən yaxşı qolunun müəllifi UEFA-nın rəsmi saytında keçirilən səsvermə nəticəsində bəlli olacaq.