AZ

Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və İsveç yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

Publika.az xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.

Portuqaliyalı mütəxəssis noyabrın 11-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:

S. Ad/Soyad Klub
1 Nicat Mehbalıyev Sabah
2 Rza Cəfərov Neftçi
3 Aydın Bayramov Zirə
4 Abbas Hüseynov Qarabağ
5 Amin Seydiyev Sabah
6 Rahil Məmmədov Radomiak Radom, Polşa
7 Bəhlul Mustafazadə Qarabağ
8 Zamiq Əliyev Eqnatia, Albaniya
9 Bədavi Hüseynov Qarabağ
10 Anton Krivotsyuk Daejeon Hana Siti, Cənubi Koreya
11 Elvin Cəfərquliyev Qarabağ
12 Coşqun Diniyev Bandırmaspor, Türkiyə
13 Aleksey İsayev Qarabağ
14 Xəyal Nəcəfov Turan Tovuz
15 Ceyhun Nuriyev Zirə
16 Mustafa Əhmədzadə Araz-Naxçıvan
17 Səbuhi Abdullazadə Sumqayıt
18 Emin Mahmudov Neftçi
19 Toral Bayramov Qarabağ
20 Ozan Can Kökçü HJK, Finlandiya
21 Rüstəm Əhmədzadə Zirə
22 Ramil Şeydayev Neftçi
23 Mahir Emreli Nürnberq, Almaniya
24 Nəriman Axundzadə Qarabağ

Millimiz noyabrın 11-də toplaşacaq və Qəbələdə hazırlıq keçəcək. Estoniya seçməsi ilə oyunöncəsi son məşq noyabrın 15-də, saat 11:30-da Qəbələ şəhər stadionunda baş tutacaq. Komanda matçdan bir gün sonra – noyabrın 17-də, saat 16:00-da İsveçin paytaxtı Stokholma yollanacaq. Baş məşqçi Fernandu Santuş futbolçuları noyabrın 18-də, Bakı vaxtı ilə saat 21:00-da “Strouberri Arena”da İsveç yığması ilə oyunöncəsi son məşqə çıxaracaq. Millimiz qarşılaşmanın ardından Bakıya qayıdacaq.

Seçilən
84
16
publika.az

10Mənbələr