Bakı. Trend:
Zəfər Günü ilə bağlı “AzərEnerji” ASC tərəfindən silsilətədbirlər keçirilib. Rayonlarla yanaşı Bakıda da 44 günlük VətənMüharibəsində şəhid olanların məzarı ziyarət olunub, şəhidailələrinə baş çəkilib, müxtəlif tədbirlər düzənlənib.
“AzərEnerji” ASC-nin Baş idarəetmə, elm, tədris və laboratoriyamərkəzində keçirilən tədbirdə “AzərEnerji” rəhbəri Baba Rzayevçıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycan Ordusunun və bütövlükdə xalqımızın yumruqkimi birləşib böyük Zəfər qazanmasının il dönümü münasibəti iləenergetikləri təbrik edib. Bildirib ki, bu 4 ildə zəfər sevincinixalqımız Qarabağ və Şərqi Zəngəzurun quruculuq və dirçəliş sevinciilə paralel yaşayıb.
“Sözsüz ki, bu inkişaf və quruculuq işlərində energetiklərin dəüzərinə böyük məsuliyyət düşür. Ona görə də Cənab Prezidentintapşırığı ilə bu günə kimi “AzərEnerji” tərəfindən işğaldan azadedilən ərazilərdə 45 enerji obyekti - 32 su elektrik stansiyası, 12yarımstansiya və 1 Regional Rəqəmsal İdarəetmə mərkəzi tikilərəkistifadəyə verilib. Hazırda Xankəndi yarımstansiyası, Kəlbəcər,Laçın və Ağdərədə isə 6 su elektrik stansiyası tikilir”.
Tədbirdə “AzərEnerji” ASC-də çalışan bir qrup qazi vəveteranlara fəxri fərmanlar verilib. Eyni zamanda Energetiklər Günüilə bağlı ötən ay Cənab Prezident İlham Əliyev tərəfindən təltifedilən əməkdaşlara medallar təqdim olunub.
Sonda bildirilib ki, 8 noyabar Zəfər Günü ilə bağlı “AzərEnerji”tərəfindən 75 şəhid ailəsinə ərzaq qutusu daxil olmaqla pulmükafatı verilib. Eyni zamanda 20 nəfər qazi və 588 nəfər müharibəveteranına pul mükafatı göndərilib.