AZ

Naftalanda Zəfər Günü qeyd edilib

Respublikanın bütün bölgələrində olduğu kimi Naftalanda da xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 8 noyabr-Zəfər Günü böyük təntənə ilə qeyd olunur.


Pravda.az xəbər verir ki, tədbirdə ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, tarix elmləri doktoru, professor, “Əməkdar elm xadimi” Solmaz xanım Rüstəmova-Tohidin, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, həmçinin turistlər iştirak edib.


İlk olaraq iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən foto-eksponatlara, zəfər təntənəsini özündə əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçiriblər, həmçinin məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.


Tədbirdə çıxış edənlər xalqımızı eləcə də Naftalanlıları Zəfər Günü münasibətilə təbrik edib. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 il davam edən işğala 44 gündə son qoydu, düşməni əzəli torpaqlarımızdan qovdu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. İcra başçısı əldə olunan qələbənin nəinki Azərbaycan, həmçinin dünya hərb və diplomatiya tarixinin ən unikal hadisələrindən biri olduğunu bildirib.


Tədbir “Zəfərin mübarək qüdrətli Vətən!” adlı konsert proqramı ilə davam etdirilib. Sonra Zəfər bayramı münasibəti ilə İcra Hakimiyyəti və Millət vəkili tərəfindən Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına ziyafət verilib.



Tarix: 8 Noyabr 2024, 15:46   
Seçilən
26
3
pravda.az

4Mənbələr