AZ

Rəsmi Bakı BMT-nin İnsan Hüquqları Komitəsinin Fransa ilə bağlı hesabatını alqışlayıb

Azərbaycan tərəfi BMT-nin İnsan Hüquqları Komitəsinin bir sıra ölkələrdə insanların əsas hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı hesabatında Fransa və onun müstəmləkə ərazilərində insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı narahatlıq doğuran məqamların qeyd olunmasını alqışlayır.

APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə “X” hesabında bununla bağlı paylaşım edib.

Paylaşımda həmçinin, Azərbaycan tərəfi rəsmi Parisi komitənin İnsanın Vətəndaş və Siyasi Hüquqları barədə Paktın tələblərinə uyğun tövsiyələrini yerinə yetirməyə çağırıb.

Qeyd edək ki, hesabat sənədində Fransa hakimiyyətinin İtaliya ilə sərhəddə toplaşan əcnəbi vətəndaşların müvafiq sığınacaq yerləri ayrılmadan ölkəyə qaytarılması, bir çox hallarda isə miqrantlara qarşı güc tətbiqi ilə bağlı da ciddi narahatlıq bildirilib.

Vurğulanıb ki, bu kimi addımlar həmin insanların onsuz da ağır olan vəziyyətini bir qədər də ağırlaşdırır.

Eyni zamanda Fransa hökuməti qeyri-leqal miqrantlara sığınacaq verilməsinə və onlara sərt rəftara son qoyulmasına, bütün bunlarla yanaşı onların dinc etiraz aksiyaları keçirmək hüquqlarının tanınmasına, habelə qeyri-leqal miqrantlara qarşı sərt davranışlara yol verənlər barədə qətiyyətli tədbirlərin görülməsinə çağırılıb.

Seçilən
16
5
apa.az

6Mənbələr