İspaniyada günlərdir davam edən güclü yağış və sel bu dəfə Jirona şəhərinə ziyan vurub.
Gundem.az xarici KİV-ə istinadən xəbər verir ki, adıçəkilən şəhərə ötən gecə yağan güclü yağış ən azı 32 avtomobilə ciddi həcmdə ziyan verib.
Məlumata görə, güclü daşqın və sel nəticəsində şəhərdə həyəcan siqnalı verilib, lakin insanlar avtomobillərini küçədə qoyub və sel maşınları aparıb.
Bu arada, oktyabrın 29-da selin vurduğu Valensiyada itkin düşmüş elan edilən 78 nəfərin axtarış-xilasetmə işləri hələ də davam edir.
Hökumət rəsmiləri seldə 219 nəfərin həyatını itirdiyini, onlardan 211-inin Valensiya şəhərində itkin düşdüyünü, indiyədək 36 min 572 adamın xilas edildiyini bildiriblər.
Bölgədə 17 mindən çox polis, və hərbçi iki metr hündürlüyə çatan palçıqda və su basmış avtomobil parklarında cəsədlərin axtarışına davam edir.