AZ

Cavan getmişdik, qoca qayıtdıq... - Video

Zəfər Gününü ata yurdlarında qeyd edən Şuşa sakinləri Baku TV-yə danışıblar.
BUTA.TV xəbər verir ki, Birinci Qarabağ müharibəsi qazisi, Şuşa sakini Cahid Ələkbərov ailəsi ilə birlikdə doğma torpağında yaşadığı üçün xoşbəxt olduğunu bildirib: "30 il həsrət çəkdik. Torpaqlarımızdan gənc yaşımızda çıxmışdıq. Qocalıb qayıtdıq. Şuşaya təzə köçsək də, mən torpaqlarımız azad olunan vaxtdan buradayam". Şuşa sakini Vəsilə Ələkbərova da öz torpağında olmaqdan qürur duyduğunu bildirib: "Hər şeyi şəhidlərimizə borcluyuq. Elə şəhid övladları var ki, atasını görməyib, ancaq məzarından tanıyır. O övladların qarşısında baş əyirəm". Daha ətraflı süjetdə:

Seçilən
36
2
buta.tv

3Mənbələr