Türkiyənin Elazığ vilayətində 5 bal gücündə zəlzələ baş verib.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi məlumat yayıb.
Təkanlar yerin 16,22 km dərinliyində qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.