AZ

Azərbaycana hava nəqliyyatı ilə səfər edənlərin sayı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana hava nəqliyyatı ilə 41 ölkədən 2 milyon 950 min 819 nəfər səfər edib.

Avtosfer.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (20,5%) və 738 min 835 nəfər (33,4%) çoxdur.

10 ayda Azərbaycana ən çox sərnişin Rusiyadan daşınıb - 822 min 88 nəfər. Bu da 1 il əvvələ nisbətən 29,8 % artım deməkdir.

Hesabat dövründə Türkiyədən isə Azərbaycana 725 min 636 nəfər səyahət edib ki, bu da illik müqayisədə 17,5% çoxdur.

İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 368 min 623 sərnişinlə (+46,9 %) daxil olub.

Siyahıda daha sonra Gürcüstan 191 min 846 sərnişin (+35,4 %), Səudiyyə Ərəbistanı 98 min 702 sərnişin (+8,8 %), Hindistan 91 min 871 sərnişin (+4,5 dəfə), Qazaxıstan 91 min 708 sərnişin (+28,4 %), İtaliya 52 min 232 sərnişin (+98,9 %), Özbəkistan 48 min 306 sərnişin (-16,1 %) və Qətər 45 min 908 sərnişin (+71 %) qərarlaşıb.

İlk onluğa Hindistan, İtaliya və Qətərin daxil olması ilə Küveyt (42 min 853 sərnişin, +21,5 %) İsrail (41 min 978 sərnişin, +10,9 %), və Almaniya (35 min 158 sərnişin, +20,6 %) TOP-10-dan çıxıb.

Təkcə oktyabrda isə Azərbaycana hava nəqliyyatı ilə 289 min 212 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayına nisbətən 24,5 % çoxdur.

O cümlədən, ötən ay Rusiyadan 87 min 672 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 23,2 % çoxdur.

Seçilən
49
7
avtosfer.az

8Mənbələr