AZ

ABŞ Konstitusiyasının hazırlanmasında Quran necə rol oynayıb?..-ARAŞDIRMA

Quran üçüncü ABŞ prezidentinin düşüncəsini necə dəyişdi?.. 
 
(Əvvəli burada: )
 
Bəs Quran oxumaq Tomas Ceffersona təsir etdimi və onun düşüncə tərzini dəyişdimi? Bu suala birmənalı cavab vermək çətindir, çünki onun əsərlərində rast gəlinən Qurana istinadlar fikirlərini açıqlamağa imkan vermir. Ola bilsin ki, Müqəddəs Yazıları oxumaq Ceffersonu ərəb dilini öyrənməyə ruhlandırıb (1770-ci illərdə Cefferson ərəb qrammatikası üzrə bir sıra dərsliklər alıb). Bununla belə, bizim üçün daha vacib olan odur ki, onun Quranla tanış olması onun dini azadlığa olan bağlılığını gücləndirir... 
 
Beləliklə, 1777-ci ildə, Müstəqillik Bəyannaməsini hazırladıqdan düz bir il sonra, Ceffersona Virciniya qanuni kodundan müstəmləkə mirasını kəsmək tapşırıldı. Sonra o, 1786-cı ildə qəbul edilmiş dini etiqad azadlığını təsbit edən qanun layihəsi hazırlamaq qərarına gəldi. Cefferson öz tərcümeyi-halında qanun layihəsinə təkcə bütün məzhəblərdən olan xristianları deyil, həm də “müdafiə mantiyasına yəhudiləri və bütpərəstləri, xristianları və Məhəmmədi [müsəlmanları], hinduları və bütün məzhəblərdən olan qəbilələri də daxil etmək arzusundan danışdı”. Ehtimal etmək olar ki, Ceffersonun Quranı öyrənməsi onu İslamla bağlı məşhur qərəzlərdən xilas edib. Ola bilsin ki, bu cəhət müsəlmanların yeni xalqın onlara təqdim edə biləcəyi bütün qanuni hüquqlara malik olan hər hansı digər dini qrupdan nə çox, nə də az olması inamının formalaşmasına da təsir edib... 
Seylin Quran tərcüməsi daha 150 il ərzində Quranın ən yaxşı mövcud ingilis versiyası olaraq qaldı. Bu gün, Ceffersonun orijinal Quran nüsxəsi ilə yanaşı, Konqres Kitabxanası hər bir yeni nəsil qanunvericilər və vətəndaşlar üçün geniş biliklər toplusunu təmin edən İslamla bağlı bir milyona yaxın çap məhsulundan ibarətdir...
 
ABŞ Konstitusiyası Qurana əsaslanırmı?..
 
ABŞ-ninn qurucu atalarından biri olan Tomas Cefferson Quranı həvəslə oxudu və bu, Amerika Müstəqillik Bəyannaməsinin məzmununa təsir etdi. ABŞ-ın gələcək prezidenti Tomas Cefferson tələbə olarkən müxtəlif ölkələrin qanunvericilik aktları ilə maraqlanırdı. Bilirdi ki, Quran müsəlman həyatının əsasıdır. Buna görə də, 1765-ci ildə o, Londondan Müqəddəs Kitabın mənalarının tərcüməsini sifariş etdi...
 
Cefferson Quranı diqqətlə tədqiq edərək, müsəlman inancının əsasında hansı prinsiplərin dayandığını anlamağa çalışdı. 1776-cı ildə ABŞ-nin Qurucu Ataları adlanan liderlər ABŞ Konstitusiyasını hazırlayanda onlar arasında mübahisə yaranıb. Ölkənin hansı sakinləri əsas hüquqlara malik olacaq? Əksəriyyət təkid edirdi ki, yalnız xristianlar tam vətəndaş hesab edilməlidir. O vaxta qədər Böyük Britaniya rəsmi olaraq müsəlmanları bərabər hüquq sahibləri elan etdi. Cefferson bu addımı yüksək qiymətləndirdi və əmin idi ki, ştatlar da bunu etməlidir. O, yaxşı bilirdi ki, İslam dininin ardıcılları o dövrdə Qərbdə sayıldıqığı kimi barbarlar deyil. Gələcək prezident sərt bəyanat verdi: “Konstitusyon hüquqlar hamıya, o cümlədən müsəlmanlara şamil edilməlidir”. Onu ilk prezident Corc Vaşinqton da dəstəklədi. Təəssüf ki, çox güman ki, hər ikisi o vaxt ABŞ-da Qərbi Afrikadan gətirilən qaradərili qullar arasında da artıq müsəlmanların olduğundan xəbərsiz idi. Bir neçə il əvvəl amerikalı tədqiqatçı Denis Spellberg “Tomas Ceffersonun Quranı” kitabını yazdı və bu, ABŞ-nin qurucularından birinin həqiqətən müsəlmanların hüquqları uğrunda mübarizə apardığını sübut etdi. O yazır: “Amerikalıların əksəriyyəti İslam haqqında heç nə bilməsələr də, onun haqqında dezinformasiyaya malik idilər və ya sadəcə ondan qorxsalar da, Tomas Cefferson müsəlmanları öz millətinin gələcək vətəndaşları kimi görürdü”... 
O da məlumdur ki, 2006-cı ildə tarixdə ilk müsəlman konqresmen Keyt Ellison vəzifəsinin icrasına başlayıb. O, Tomas Jeniffersonun kitabxanasından olan Qurana and içib...
 
Material “İslam-Today” və “Ummet kz.”   nəşrlərindəki məqalələr əsasında hazırlanıb.
 
Tərcümə etdi:
 
Sultan Laçın
 
Seçilən
89
50
moderator.az

10Mənbələr