AZ

32 yaşlı qadın qonaq getdiyi evdə dəm qazından zəhərlənərək ölüb

Xaçmaza qonaq gələn şəxs dəm qazından zəhərlənib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Xaçmaz şəhərindəki Rəşid Behbudov küçəsində evlərin birində baş verib.

Qohumunun evinə qonaq gələn Bakı sakini, 32 yaşlı Nuranə Şıxəliyeva hamamda dəm qazından zəhərlənərək ölüb.

Faktı Xaçmaz rayon prokurorluğu araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
8
bizim.media

1Mənbələr