AZ

Paşinyan məhz özü Bakıya COP29-a getməlidir - Srbazan

 “Noyabrın 11-dən 22-dək Azərbaycanın paytaxtında BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP 29) keçiriləcək və orada iştirak etmək üçün Ermənistanın baş nazirinə rəsmi dəvət göndərilib. Müxtəlif rəsmilərin Bakıya gedib-getməməsi ilə bağlı ziddiyyətli şərhləri, onun tədbirdə iştirakla bağlı yekun qərarının olmadığını göstərir. Ermənistanın COP29-da iştirakı ilə bağlı deməyi zəruri hesab edirəm”.

Ölkə.Az xəbər verir ki, bu barədə erməni müxalifətinin liderlərindan olan arxiyepiskop Baqrat Qalstanyanın yaydığı bəyanatda deyilir.

Bəyanatda deyilir ki,  Ermənistanın baş naziri vəzifəsini tutan şəxs şəxsən Bakıya getməli və Azərbaycan Prezidenti ilə ikitərəfli danışıqlar formatından istifadə edərək əsir və girovların azad olunmasına nail olmağa çalışmalıdır. 

Mürtəza
Ölkə.az

Seçilən
28
olke.az

1Mənbələr