AZ

Dövlət Bayrağımız paytaxt və bölgələrimizdə yaşanan Zəfər sevincinə şahidlik edir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycan dövlətinin gücünün, qüdrətinin, millətimizintorpaqlarına sahib çıxan, yenilməz, məğrur xalq kimi qürurunundünyaya təqdimatı olan tarixi Zəfərimizin dördüncü ildönümünü böyüktəntənə ilə qeyd etdik. Paytaxt Bakıda, bölgələrimizdə, işğaldanazad edilmiş ərazilərimizdə Zəfər Günü yüksək səviyyədə, böyükçoşqu ilə qeyd edilən zaman 44 günlük İkinci Qarabağ müharibəsiningedişi dövründə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlhamƏliyevin xalqa hər bir qələbə müjdəli müraciətinin doğurduğuqüruru, insanların küçələrə, meydanlara axışaraq bu sevinci birgəyaşadıqları anları bir daha gözlərimiz önünə gətirdi.

Prezident İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın vəoğulları Heydər Əliyevin noyabrın 8-də Bakıda Zəfər parkınınaçılışında iştirak etmələri, dövlətimizin başçısının bu məkandanAzərbaycan xalqını, Silahlı Qüvvələrimizi milli qürur, iftixarmənbəyimiz olan şanlı Zəfər Günü münasibətilə təbrik etməsisevincimizi qat-qat artırdı. Prezident, Müzəffər Ali Baş Komandanİlham Əliyev çıxışında 30 illik işğal, 44 günlük İkinci Qarabağmüharibəsi və hazırkı postmünaqişə dövrünün reallıqlarına diqqətiyönəldərək bildirdi ki, 44 günlük Vətən müharibəsi bizim şanlıtariximiz, parlaq Qələbəmizdir. Həm Birinci Qarabağ, həm İkinciQarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatınınşəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü,suverenliyimizi bərpa etdik. Qırx dörd gündə Azərbaycan SilahlıQüvvələri ancaq və ancaq irəli getdi. Hər gün, hər saat irəligedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimiziişğalçılardan azad etdik və düşməni kapitulyasiya aktını imzalamağaməcbur etdik. Qırx dörd gündə şəhərlərimizin, kəndlərimizin azadedilməsi ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını,fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirdi.

Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Millət vəkili 30 illik işğal dövrünün reallıqlarından biri kimibəzi dünya güclərinin Ermənistana dəstəklərindən, münaqişənin həlliprosesinin uzanmasına, işğalçı dövlətin ərazi iddialarını davametdirməsi üçün vaxt qazanmasına edilən cəhdlərdən də bəhs edib.Bildirib ki, bəzi aparıcı dünya dövlətlərinin və beynəlxalqtəşkilatların məsələnin həllinə öz maraqları nöqteyi-nəzərindənyanaşmaları nizamlanma prosesinin 30 il uzanmasına gətirib çıxardı.Azərbaycan dövləti işğal dövründə daim ən yüksək tribunalardanbəyan edirdi ki, biz heç zaman ərazilərimizin zəbt olunması iləbarışmayacaq, bir qarış torpağımızı belə düşmənə verməyəcəyik.Dövlətimizin başçısı çıxışında bu məqamlara bir daha diqqətiyönəldərək bildirdi ki, Ermənistanın arxasında duran bir çoxdövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardanistifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır. Böyükdövlətlər, məsələni guya həll etməyə çalışan vasitəçilər dəfələrləbəyan edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Onu deməkistəyirdilər ki, biz bu işğalla barışaq. Onların planlarındaməsələni həll etmək, işğala son qoymaq yox, Azərbaycan torpaqlarınıerməni işğalının altında əbədi saxlamaq idi. İllər keçdikcə, hərbir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycanrəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Bizisə bu vəziyyətlə barışa bilməzdik: “Hələ 2003-cü ildə ilk dəfəAzərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mənbəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazibütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü,suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunugöstərdi.”

Vüqar Rəhimzadə Azərbaycanın bu illər ərzində Qələbəyə gedənyolu yaxınlaşdıran addımlarını diqqətə çatdıraraq qeyd edib ki, hərbir ölkənin inkişafında iqtisadi tərəqqi əsasdır. Azərbaycanındayanıqlı inkişafı daim beynəlxalq səviyyədə təqdir edilir.Azərbaycan beynəlxalq aləmdə öz gücünə güvənən ölkə nüfuzunuqazanıb və bu gün də bu istiqamətdə davamlı addımları ilə dünyaictimaiyyətinin diqqət mərkəzindədir. İqtisadi inkişaf,Azərbaycanın siyasi çəkisinin artması, beynəlxalq tribunalardansözünü qətiyyətlə bildirməsi, xalq-iqtidar birliyi, gənc nəslinmilli ruhda yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik hissininbərqərar olması, bütün bu amillər, təbii ki, bizi Zəfərə doğruaparırdı. Cəmi 44 gündə Silahlı Qüvvələrimiz tarixi Zəfərə imzaatmaqla dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü,iradəsini bir daha göstərdi. Düşmən kapitulyasiya aktını imzalamağaməcbur oldu. Dövlətimizin başçısı çıxışında onu da xatırlatdı ki,həmin düşmən ölkənin baş naziri 2019-cu ildə Xankəndidə “QarabağErmənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün“Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşuilə yox.

Milli Məclisin deputatı bildirib ki, gənclərimizin zəngintariximizin hər bir səhifəsini öyrənmələri, vətənpərvərlik ruhundatərbiyə olunmaları bugünümüzün əsas çağırışları sırasındadır.Azərbaycan gənci bunu 44 günlük İkinci Qarabağ müharibəsindəyazdığı qəhrəmanlıq dastanı ilə nümayiş etdirdi. Vətən, torpaqsevgisi bizi böyük Qələbəyə qovuşduran əsas amil oldu. Müzəffər AliBaş Komandan, Prezident İlham Əliyev sözügedən çıxışında diqqətibir daha bu reallıqlara yönəltdi. Bildirdi ki, indi təcavüzkardövlətin bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini”düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal, dağıntılar,vəhşilik, Xocalı soyqırımı, məscidlərimizin, qəbirlərimizindağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsiolmayıb. Yəni, bunu dünya ictimaiyyətinə unutdurmaq istəyirlər.Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxtbunu unutmamalıdır. Bizdən sonra gələn nəsillər bu tarixibilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı30 il ərzində unutmamışdıq, 30 il ərzində xalqımız bir nöqtəyəvuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixiyaddaş heç vaxt yadımızdan çıxmamalıdır.

Vüqar Rəhimzadə son dörd ilin zəfərlərindən danışaraq vurğulayıbki, artıq Qarabağda separatçıların izi-tozu belə qalmayıb. Ötənilin sentyabrında Silahlı Qüvvələrimizin Müzəffər Ali BaşKomandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyibir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tambərpa edildi. Tarixi ədalətə söykənən siyasətimizin zəfərlərindənbiri də Qazaxın dörd kəndinin döyüşsüz geri qaytarılması oldu.Dövlətimizin başçısı çıxışında bu məqamlara diqqət yönəldərəkbildirdi ki, İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatınınnəticələri Ermənistanın bu günə qədər düzgün addımlar atması üçünkifayətdir.

Millət vəkili, həmçinin bildirib ki, Müzəffər Ali Baş Komandanınhər bir çıxışı Ermənistana və ona havadarlıq edən dövlətlərəmesajları ilə zəngindir. Dövlət başçısı İlham Əliyevin ZəfərGünündə Zəfər parkından səsləndirdiyi çağırışlar həm işğalçıdövləti, həm də ona dəstək olanları ciddi düşündürməlidir.Postmünaqişə dövrünün reallıqlarına nəzər salsaq Azərbaycanıntarixi Zəfərini, suverenliyini tam bərpa etməsini həzm edə bilməyənbəzi Qərb dövlətlərinin Ermənistanı yeni müharibəyə təhriketdiklərini aydın şəkildə görərik. Onlar Cənubi Qafqazda vəziyyətingərginləşməsində nə qədər maraqlı olduqlarını atdıqları addımlarıilə təsdiqləyirlər. Dövlətimizin başçısı bu çağırışı da etdi ki,Ermənistanı silahlandırma siyasətindən əl çəkilməli, buna sonqoyulmalıdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər. Onlar heçvaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Prezident İlhamƏliyev belə bir çağırışı da səsləndirdi ki, əgər kimsə yenidənbizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidənbiabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterrorəməliyyatı, Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil,onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onubizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş,çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazıniftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olanmedia resurslarından, qeyri-hökumət təşkilatlarından istifadəedərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqiretmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuzQərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Azərbaycanxalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdironların əsas düşməni?

Vüqar Rəhimzadə onu da xatırladıb ki, bütün cəhdlərə baxmayaraqdaim sonda zəfər çalan ədalətdir. Azərbaycan hər zaman ədalətin vəbeynəlxalq hüququn yanındadır. Bu günə qədər heç bir təzyiq, heçbir hədə-qorxu ölkəmizə təsir etməyib. Azərbaycan bundan sonra dagüclənəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir.Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, inkişafdaolan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizimtarixi nailiyyətimizdir, tarixi Zəfərimizdir.

Hazırda azad edilmiş bütün torpaqlarımız dirçəlir vəsoydaşlarımız doğma yurd-yuvalarına qayıtdıqları üçünsevinclidirlər. Yenilməz, məğrur xalqımıza daim qələbə yaraşır.Dövlətimizin başçısı Zəfərimizin əbədiləşdirilməsi istiqamətindəatılan addımlardan olan Zəfər parkının açılışı mərasimində bir dahaböyük əminliklə bəyan etdi ki, bu Qələbə bizimlə əbədi olacaq.Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövlətimüzəffər dövlət kimi yaşayacaqdır.

Millət vəkili bayramlarımız sırasında xüsusi yeri olan 9noyabr-Dövlət Bayrağı Gününü son dörd ildə Zəfər ovqatında qeydetdiyimizi qürurla vurğulayıb. Bildirib ki, milli kimliyimizin,qürurumuzun rəmzi olan üçrəngli Bayrağımız bu gün azad edilmişbütün ərazilərimizdə əzəmətlə dalğalanır. Dövlətimizin başçısıİlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları HeydərƏliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında oldular.Prezident İlham Əliyev burada Azərbaycanın üçrəngli Bayrağınıucaltdı, meydanda və Dövlət Bayrağı Muzeyində yaradılan şəraitlətanış oldu. Bu gün Dövlət Bayrağımız paytaxt və bölgələrimizdəyaşanan Zəfər sevincinə şahidlik edir. Xatırladaq ki, 2009-cu ilnoyabrın 17-də Prezident İlham Əliyev Dövlət Bayrağı Gününün təsisedilməsi haqqında Sərəncam imzalamışdır. Həmin Sərəncama uyğunolaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının DövlətBayrağı Günü elan olunub. Hər bir dövlətin, millətin varlığınıtəsdiqləyən bayraqlar ululardan miras qalan müqəddəs əmanətdir. Eləbuna görə də daim başımızın üstündə saxladığımız üçrəngliBayrağımız sevincimizin ilk şahidi, qələbə müjdəçisi sayılır. Zəfərruhlu Dövlət Bayrağı Günümüz mübarək!

Seçilən
15
6
az.trend.az

7Mənbələr