AZ

COP29 çərçivəsində Türkiyənin "sıfır tullantı" layihəsinin pavilyonu açılacaq

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransında (COP29) çərçivəsində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə başladılan “Sıfır tullantı” layihəsinin pavilyonu açılacaq.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Pavilyon “yaşıl zona”da qurulacaq.

Pavilyonda tullantıların idarə edilməsi və təkrar emalı ilə bağlı layihələr təqdim olunacaq.

Qeyd edək ki, “sıfır tullantı” layihəsinə uyğun olaraq 2035-ci ildə bütün tullantıların 60 faizinin təkrar emalı nəzərdə tutulur.

Seçilən
20
4
musavat.com

5Mənbələr