AZ

Ermənilərin 600 yük maşını sərhəddə qaldı

Ermənilərə məxsus 600-ə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsini keçmək üçün növbə gözləyir.

Bakupost.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, noyabrın 8-də elektron növbədə 1405 yük maşını olub ki, onlardan 439-u Ermənistan nömrə nişanlı olub.

Ümumilikdə müxtəlif ölkələrdən 1890 avtomobil “Yuxarı Lars” keçid məntəqəsini keçmək üçün növbə gözləyir.

Yük maşınlarının yığılması Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində hava şəraitinin pisləşməsi ilə bağlıdır.
Seçilən
46
4
bakupost.az

6Mənbələr