AZ

Serbiyalı məşhur futbolçu millinin baş məşqçisi oldu

"Mançester Siti", "Roma" və "İnter" kimi klublarda çıxış etmiş Aleksandar Kolarov məşqçi kimi fəaliyyət göstərəcək.

Bizim.Media xəbər verir ki, veteran müdafiəçi Serbiyanın U-21 komandasını çalışdıracaq. Bu barədə yerli federasiyasının mətbuat xidməti məlumat yayıb.

38 yaşlı məşqçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
112
2
bizim.media

10Mənbələr