Çimərlik voleybolunda yığmamız Türkiyənin Alanya şəhərinə yola düşüb.
“Football-plus.az” xəbər verir ki, kişi və qadınlardan ibarət komandalarımız qonşu ölkədə təlim-məşq toplanışı keçəcəklər.
Hazırlıqlar Almaniya, Avstriya və Türkiyə voleybolçuları ilə birlikdə təşkil olunacaq. Qızlar rusiyalı mütəxəssis İqor Olefirin, oğlanlar isə komandaya yeni cəlb olunan latviyalı Atvars Vildenin rəhbərliyi ilə məşq keçəcəklər.
Qeyd edək ki, toplanış noyabrın 22-dək davam edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta