Şəkinin Baş Göynük və Cəfərabad kəndlərində sahibsiz itlər iki nəfərə hücum edib.
Publika.az xəbər verir ki, rayonun Cəfərabad kənd sakini, 58 yaşlı Şahin Allahverdiyev işdən evə qayıdarkən sahibsiz it ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Digər hadisə isə rayonun ucqar dağ kəndlərindən olan Baş Göynükdə qeydə alınıb. Burada isə sahibsiz it küçədə 12 yaşlı Aydan Nəsibovaya hücum edərək onu dişləyib.