AZ

"Azparking MMC" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA

Azparking MMC

Sənədləşmə işləri üzrə mütəxəssis

Son tarix 07 dek 2024 - [email protected]

İşin təsviri: “AzParking” MMC böyüməkdə olan komandasına yeni layihələrin icrası zamanı sənədləşmə prossesinin təşkilində dəstək olacaq peşəkar Sənədləşmə işləri üzrə mütəxəssis axtarışındadır. 

İş yeri: Bakı şəhəri;

İş təcrübəsi: Müvafiq sahədə 2  il iş təcrübəsi;

Təhsil səviyyəsi: Ali təhsil

Vəzifə öhdəlikləri:

  • Yeni layihələrin icrası prosesində daxili və xarici yazışmaların həyata keçirilməsi;
  • İSO standartlarının tələblərinə əsasən sənədləşmə prossesinin uyğunluğunun təmin edilməsi;
  • Daxil olan və göndərilən sənədlərin elektron sənəd dövriyyəsi sistemində vaxtında və dəqiq uçotunun təmin edilməsi, təyinatı üzrə çatdırılmasının təşkili;
  • Sənədlərin kargüzarlığın aparılmasına dair təlimata və normalara uyğun olaraq hazırlanması, təhlükəsizliyinin təmin olunması üçün lazımi ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirilməsinin həyata keçirilməsi;
  • Göndərilən sənədlərin lazımi formada qeydiyyatını apararaq, müvafiq ünvana çatdırılmasının təmin edilməsi;
  • Struktur bölmələr üzrə daxil olan informasiyaların qeydə alınması və məlumatların təyinatı üzrə vaxtında çatdırılması;
  • Və digər cari əməliyyatların həyata keçirilməsi.

Tələb olunan səriştələr:

  • 1C proqram təminatından istifadə bacarığı;
  • Azərbaycan və rus dilində səlis yazı və danışıq bacarığı (ingilis dili biliyi üstünlükdür);
  • Sənədləşmə prossesinin təşkilinin müvafiq əsasnamə və təlimatlarını bilmək;
  • Kompüter və ofis proqramlarından istifadə bacarığı (MS Word, MS Excel, MS PowerPoint );
  • Yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Diqqətcil, punktual, analitik düşüncə və təhlil bacarığı;

İş şəraiti:

  • Əmək haqqı: 800-1000 AZN
  • İş qrafiki: Tam iş həftəsi (5 gün)
  • İş saatları: 09:00-18:00
  • İstirahət günləri: Şənbə, bazar

Müraciət forması: 

Qeyd olunan tələblərə cavab verən namizədlər mail ünvanına “Sənədləşmə işləri üzrə mütəxəssis” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.       

Bizlə çalışmağın üstünlükləri:

  • Karyera yüksəlişi imkanı.
  • Rəqabətə davamlı və KPİ əsaslı əmək haqqı sistemi. 
  • Korporativ mədəniyyətə sahib iş mühiti.
Seçilən
73
50
fed.az

10Mənbələr