AZ

"Bayer"dən növbəti itki, "Bavariya"ya bir qol kifayət edib

Almaniya Bundesliqasının 10-cu turu çempionun xal itkisi ilə yadda qalıb.

İdman.biz xəbər verir ki, "Bayer" səfərdə "Bohum" qonağı olub.

Uzun müddət hesabda öndə olan Xabi Alonsonun komandası son dəqiqələrdə üstünlüyü əldən verib. Leverkuzenlilər ardıcıl 3-cü dəfə xalları yarıya bölüblər.

"Bavariya" liderliyini bir az da möhkəmlədib. Camal Musialanın vurduğu qol "Sankt Paulu" ilə səfər matçında Münhün klubuna 3 xal qazandırıb. "Leypsiq"in xal itirməsi "pivəçilər"in xal fərqi 5-ə yüksəltməsinə şərait yaradıb. "Bayer" isə liderdən 9 xal geri düşüb.

Almaniya Bundesliqası
10-cu tur
9 noyabr

"Bohum" – "Bayer" - 1:1
"Maynts" – "Borussiya" D - 3:1
"Sankt Pauli" – "Bavariya" - 0:1

"Verder" – "Holştayn" - 2:1
"Leypsiq" – "Borussiya" M - 0:0

İdman.biz

Seçilən
24
idman.biz

1Mənbələr