AZ

Fransada müddətsiz tətillər və etiraz nümayişlərinə çağırış edilib

Bakı. Trend:

Mişel Barnye hökuməti dövlət və sosial xərcləri azaltmaqla,vergi gəlirlərini artırmaqla dövlət kəsirini azaltmağa səy göstərsədə, nəzərdə tutulan variantlar iqtisadiyyatın bir çox sahəsindəgərginliyə səbəb olub.

Trend-inməlumatına görə, belə vəziyyətdə hava və dəmir yolu nəqliyyatı,dövlət qulluğu və tibbi biologiya kimi müxtəlif sahələr qarşıdakıhəftələrdə tətil elan ediblər.

Fransa Dəmir Yolları Milli Şirkəti (SNCF) noyabrın 21-ə ilknümayişə, dekabrın 11-dən isə müddətsiz tətilə çağırış edib. “Bizdedik ki, 21 noyabr aksiyası daha sərt və daha uzun bir tətildənəvvəl xəbərdarlıqdır. Biz sözdən hərəkətə keçirik”, - deyə“SUD-Rail”ın federal katibi Jülyən Trokaz mətbuata açıqlamasındabildirib.

Həmkarlar ittifaqları “Fret SNCF”in (Fransa Dəmir Yollarınınyükdaşıma bölməsi – red.) ləğvinin, TER, “Transilien” və“Intercités” qatarlarının özəlləşdirilməsinin və “Resonances” planıilə “SNCF Réseau”nun (dəmir yolları şəbəkəsi) parçalanmasınınəleyhinə olduqlarını bildiriblər. Onlar sosial dempinq vəqeyri-məhdud maliyyə gəliri strategiyasını pisləyirlər.

Kənd təsərrüfatı sahəsində sahibkarlar noyabrın 15-dənnümayişlərin bərpasına çağırış ediblər. Xatırladaq ki, 2024-cü ilinyanvarında on minlərlə kənd təsərrüfatı işçisi ölkənin cənubunda vəParisin mərkəzində bir neçə magistralı bağlamışdılar. Onlargəlirlərinin artırılması üçün konkret tədbirlər görülməsini tələbedirdilər. Onların qəzəbi hələ də soyumayıb.

Seçilən
73
4
az.trend.az

4Mənbələr